19:44 26.07.2023 588

Elmar Baxşıyev: “Ən yaxşı “Qəbələ”ni görəcəksiniz”

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə Kipr "Omoniya"sına qarşı keçirəcəkləri Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında komandasının əlindən gələni edəcəyinə və yaxşı nəticə qazanacağına inandığını bildirib:

“Rəqib çox yaxşı təşkilatlanmış komandadır. Amma məni daha çox öz oyunumuz maraqlandırır. İstəyimiz daim hücumda olmaqdır. Ancaq müdafiəsiz hücum yoxdur. Lazımi nəticəni əldə etmək üçün hər iki cəhətdən daha yaxşı olmalıyıq”.

Ötən mövsümün sonunda bir çox futbolçunun komandanı tərk etdiyini xatırladan çalışdırıcı bunun normal hal olduğunu söyləyib: "İstənilən vəziyyətə hazır olmalısınız. Bu, hər bir komandanın başına gələ bilər. Keçmişlə yaşamaq istəmirik. Heyət tam komplektləşib. Hər oyunda komanda mənə istədiyimi verməyə çalışır. Keçən ildən daha yaxşı və daha iddialı olacağımıza inanıram. Ən yaxşı "Qəbələ"ni görəcəksiniz".

Xatırladaq ki, iyulun 27-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X