“Zenit”in hücumçusu Malkom “Əl-Hilal”a keçib.
Fanat.Az xəbər verir ki, Rusiya klubu bu satışdan 60 milyon avro qazanıb ki, bu da ölkə futbolu üçün rekord məbləğdir.
Malkom yeni komandasında 77 nömrə altında çıxış edəcək.
Malkom 2019-cu ilin avqustundan “Zenit”də oynayırdı. Braziliyalı forvard Sankt-Peterburq klubunun heyətində 109 matçda 42 qol vurub və 24 məhsuldar ötürmə edib.