"Bayern Münhen" 2022/2023 mövsümü üçün səfər formasını təqdim edib.
Fanat.Az xəbər verir ki, yeni geyim dəstinin təqdimatına Almaniya nəhənginin əsas heyətinin futbolçuları qatılıblar.
Dizayerlər ənənəvi rəngləri qırmızı və ağ olan "Bayern"in bu formasında qara fonda bənövşəyi rəngə üstünlük veriblər.