Bu gün Kriştianu Ronaldunun formasını geyindiyi Səudiyyə Ərəbistanı "Əl-Nəsr"i Milan "İnter"i ilə sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, oyun 1:1 hesablı bərabərliklə bitib.
Matçın 23-cü dəqiqəsində Abdulrəhman Qareb hesabı açıbsa, milanlıların qolunu 44-cü dəqiqədə Davide Frattezi vurub.
Ronaldu oyunun ilk yarısında meydanda olub.
Qeyd edək ki, iki gün öncə "Əl-Nəsr" PSJ ilə yoxlama görüşü keçirmiş və tərflər qolsuz bərabərliyə razılaşmışdı. Həmin matçda start "11-lik"də yer alan Kriştianu və 66-cı dəqiqədə əvəzlənmişdi.
Nihat