"Qarabağ"ın qışda "Krasnodar"a satdığı Kadinin agenti Helsio Alisk müştərisinin bu gün Rusiya Kubokunda "Spartak"a qarşı oynayıb-oynamayacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az-ın məlumatına görə, Alisk "Çempionat" saytına bir cümləlik açıqlama verib:
"Ümid edirəm ki, Kadi üç aydan sonra meydana çıxa və "Spartak"a qarşı oynaya biləcək".
Xatırladaq ki, braziliyalı yarımmüdafiəçi ötən mövsümün sonlarında meydanda kəllə-beyin travması alaraq uzun müddətə sıradan çıxmışdı.
Nihat