"Liverpul" rəsmi saytı vasitəsi ilə yarımmüdafiəçi Cordan Hendersonun Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubuna keçdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "qırmızılar" 12 il komandanın sıralarında olmuş Hendersona ənənəvi qaydada təşəkkür edərək onunla vidalaşıb.
Sözügedən futbolçu İngiltərə nəhəngi ilə kapitan qismində 8 mükafat qazanıb ki, onların içərisində Çempionlar Liqasında qələbə də var.
Qeyd edək ki, "Əl-İttifaq"ı "Liverpul"un əfsanəsi Stiven Cerrard çalışdırır.
Nihat