Türkiyədə təlim-məşq toplanışını başa vuran "Turan Tovuz" sonuncu yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər veirr ki, Azərbaycan təmsilçisi Tanzaniyanın "Simba" komandası ilə qarşılaşıb.
Görüş Tovuz klubunun minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu Roderik Miller vurub.
Xatırladaq ki, "Turan Tovuz" buna qədər Türkiyədə daha iki yoxlama oyunu keçirmişdi. Ayxan Abbasovun yetirmələri "Adana Dəmirspor"a uduzmuşd (0:2), "Eyüpspor"a qalib gəlmişdi - 2:1.