Rusiyanın "Zenit" klubunun yarımmüdafiəçi Rodriqo Nestorun transferi üçün Braziliya "San Paulu"su ilə apardığı danışıqların nəticəsi bəllidir.
Fanat.Az "Goal"a istinadən xəbər verir ki, "San Paulu" 22 yaşlı Nestoru bu yay satmamaq qərarına gəlib.
Mənbə Braziliya təmsilçisinin bu oyunçunun gələcəkdəki satışından 40-50 milyon avro qazanmağı hədəflədiyini vurğulayıb.
Qeyd edək ki, Nestorun "San Paulu" ilə müqaviləsinin müddəti 2028-ci ilin fevralına qədərdir.
Nihat