Cordan Hendersonun "Əl-İttifaq"a trasnferindən sonra "Liverpul"a baş məşqçi Yürgen Kloppdan öncə gələn yalnız bir futbolçu qalıb.
Fanat.Az xəbər verir ki, bu, braziliyalı müdafiəçi Cozef Qomesdir.
26 yaşlı "sambaçı" 2015-ci ildə, 5 milyon avro qarşılığında "Çarlton"dan alınıb. Cozef artıq 2950 gündür ki, "qırmızılar"ın sıralarındadır.
Qeyd edək ki, Qomes "Liverpul" forması ilə ümumilikdə 173 oyuna çıxıb və 5 məhsuldar ötürmə müəəlifi olub. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Nihat