"İnter Mayami"nin həmsahibi Devid Bekhem növbəti dəfə Lionel Messini MLS təmsilçisinə qoşulmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "The Athletic" onun dediklərini belə çatdırıb:
"Bu, Amerika idmanı tarixində ən böyük keçidlərdən biridir. Messini dünya çempionu olduğu ildə MLS-ə - cəmi 3 yaşı olan kluba gətirmək inanılmaz nailiyyətdir. Messinin "İnter Mayami"də oynamağa qərar verdiyini biləndə "Mançester Yunayted" forması ilə "Old Trafford"da və ya millinin heyətində "Uembli"yə çıxarkən yaşadığım duyğuları xatırladım. Həmin anda öz-özümə düşündüm: "Biz bütün rəqiblərimizi yendik və futbol tarixinin ən yaxşısı ilə müqavilə bağladıq".
Qeyd edək ki, Messi bu yay PSJ-dən azad agent qismində ayrılaraq "İnter Mayami"yə qoşulub.
Nihat