Əfsanəvi qapıçı Canluici Buffon "Parma"nı tərk etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Məlumata görə, 45 yaşlı Cici İtaliya Futbol Federasiyasından milli komandanın nümayəndə heyətinin rəhbəri olmaq təklifi alıb.
Daha öncə Buffonun Səudiyyə Ərəbistanında oynamaq variantına "yox" dediyi və bir neçə İtaliya klubunun təklifini geri çevirdiyi üzə çıxıb.
Qeyd edək ki, Buffon hazırda B Seriyasında çıxış edən "Parma"nın yetirməsidir. O, "Yuventus"da 18 mövsüm keçirib. Sözügedən "çərçivə" qoruyucusu 2018/2019 mövsümündə PSJ-nin uğurları üçün çalışıb. 1997-ci ildən İtaliya millisinə dəvət alan qolkiper yığma forması ilə 176 matça çıxıb. Buffon İtaliya seçməsi ilə DÇ-2006-nın qalibi olub.
Nihat