Almaniyanın “Leyptsiq” klubu baş məşqçisi Marko Rouzla müqavilə yeniləyib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmanın müddəti 2025-ci ilə qədərdir.
Rouz 2022-ci ilin sentyabrından Almaniya təmsilçisini çalışdırır.
Xatırladaq ki, "Leyptsiq" ötən mövsüm Bundesliqanın bürünc medallarını qazanıb.