PSJ-nin italiyalı yarımmüdafiəçisi Marko Verratti Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə 3 illik müqavilə ilə bağlı razılığa gəlib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, ərəblər bu tranfser üçün PSJ-yə 50 milyon avro təklif edəcəklər. Mənbə keçid reallaşacağı halda, 30 yaşlı Verrattinin yeni klubunda hər mövsüm üçün 48 milyon avro maaş alacağını açıqlayıb.
Qeyd edək ki, "Əl-Hilal" bu yay Ruben Neveş, Sergey Milinkoviç-Saviç, Kalidu Kulibali və Malkom kimi ulduzlarla güclənib.
Nihat