Əlcəzair millisinin futbolçusu Riyad Mahrez "Mançester Siti"dən ayrılıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumameylli yarımmüdafiəçi Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasına keçib.
Təcrübəli oyunçunun transferi Ciddə təmsilçisinə 30 milyon avroya başa gəlib.
Mahrez "Mançester Siti"yə 2018-ci ildə "Lester Siti"dən keçmişdi. O, bu komandada 236 oyuna 78 qol vurub.