"Çempionluğu rəsmiləşdirməyimizə baxmayaraq, son iki turdakı oyunlara ciddi yanaşacağıq". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi "Sumqayıt" və "Xəzər Lənkəran"la oyunlara qələbə üçün çıxacaqlarını bildirib: "Bu oyunlarda bir neçə yerdəyişmə edəcəyik. Ancaq bu, o demək deyil ki, meydana ikinci heyətlə çıxacağıq. Qələbəyə oynayacağıq. Axı mövsüm hələ başa çatmayıb".
Fanat.az