İtaliyanın "Milan" klubunun xorvat hücumçusu Ante Rebiç karyerasını İstanbul nəhəngində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, 29 yaşlı futbolçu "Beşiktaş"la müqavilə bağlayacaq. Rebiçin sabah tibbi müayinə üçün İstanbula yollanacağı vurğulanıb. Keçidin türklərə 1,5 milyon avro + 1,5 milyon avro bonus qarşılığında başa gələcəyi bildirilib. Antenin "qartallar" ilə 2+1 illik müqavilə bağlayacağı və hər mövsüm üçün 2,5 milyon avro maaş alacağı da açıqlanıb.
Qeyd edək ki, Rebiç "Milan"a 2019-cu ildə Frankfurt "Ayntraxt"ından transfer olunub. O vaxtdan bəri İtaliya klubunda 127 matça çıxan forvard 29 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Sözügedən futbolçu Xorvatiya yığmasında 42 görüşdə forma şansı qazanaraq 3 qola imza atıb.
Nihat