"Mançester Yunayted" "Vest Hem"in yarımmüdafiəçi Skott Maktominey üçün göndərdiyi təklifi geri çevirib.
Fanat.Az xəbər verir ki, məlumatı "The Times" yayıb.
Mənbə "çəkicdöyənlər"in təklif etdiyi pulun "qırmızı şeytanlar"ı qane etmədiyini vurğulayıb. Xəbərə görə, MY şotland futbolçunu təxminən 52 milyon avroya satmaq istəyir və 26 yaşlı Skottla yalnız buna yaxın məbləğ qarşılığında vidalaşa bilər.
Maktominey "Mançester Yunayted"in öz yetirməsidir. O, 2002-ci ildən klubun strukturundadır. Mançester təmsilçisinin əsas komandasında 209 oyun keçirən Skott 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat