Türkiyənin "Fənərbağça" klubu Rusiya "Zenit"inə rəsmi təklif göndərib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Takvim" yayıb.
Xəbərə görə, "sarı bülbüllər" daha öncə "Beşitaş"ın istədiyi müdafiəçinin - Nuralı Əlipin xidmətində maraqlıdır. Mənbə "Fənər"in Qazaxıstan millisinin üzvü üçün Sankt-Peterburq təmsilçisinə 3 milyon avro təklif etdiyini vurğulayıb.
Daha öncə "Zenit"in "Beşiktaş"dan 5 milyon avro istədiyi və bu məbləğin onları qane etmədiyi üçün Nuralının transferindən vaz keçdikləri barədə məlumat yayılıb.
Qeyd edək ki, 23 yaşlı Əlip bu mövsüm "Zenit" forması ilə 1 oyun keçirib.
Nihat