"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Kral klubu"nu Səudiyyə Ərəbistanı "Əl-İttihad"ına dəyişən Kərim Benzemadan danışıb.
Fanat.Az xəbər verir ki, "Madrid Xtra" italiyalı çalışdırıcının dediklərini belə çatdırıb:
"Benzemanın gedişi? "Real" həmişə irəli baxacaq. Klub Kriştianu Ronaldunun gedişindən sonrakı dönəmi yaşadı. İndi də Benzemasız periodu yaşayır. Amma biz həmişə bu futbolçuların hər iksinə minnətdar olacağıq".
Xatırladaq ki, "Real"dan azad agent qismində ayrılan Benzemanın "Əl-İttihad"a keçidi iyunun 6-da elan edilib.
Nihat