Türkiyənin "Fatih Karagümrük" klubunun sahibi Süleyman Hurma komandanın rusiyalı yarımmüdafiəçisi Maqomed Ozdoyevin "Krılya Sovetov"a keçəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Hurma bu barədə Rusiyanın "Çempionat" saytına danışıb:
"Bu haqda ilk dəfədir eşidirəm. Kluba "Krılya Sovetov"dan təklif gəlməyib".
Qeyd edək ki, Ozdoyev "Fatih Karagümrük"də ötən ilin yayından çıxış edir. 2022/2023 mövsümündə Türkiyə Superliqasında 33 matça çıxan 30 yaşlı Maqomed 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qırmızı-qaralar"la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.
Nihat