Fransanın "Monako" klubu İngiltərə "Sauthempton"undan mərkəz müdafiəçi transfer etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, bu, 24 yaşlı Mohammed Salisudur. Mənbə tərəflərin artıq razılığa gəldiyini və keçidin reallaşmaq ehtimalının yüksək olduğunu vurğulayıb.
Qeyd edək ki, qanalı Salisu 3 mövsümdür ki, "Sauthempton"da çıxış edir. O, DÇ-2022-də Qana yığmasının heyətində olub və sözügedən yığmanın qrupda keçirdiyi hər 3 matçda oynayıb.
Nihat