"Barselona"nın baş məşqçisi Xavi yoxlama oyununda "Real Madrid" üzərində qazandıqları 3:0 hesablı qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Bu gün biz üstün idik, bir neçə gün öncə isə pis oynamışdıq (sınaq çatçında "Arsenal"a 3:5 hesabı ilə uduzduqlarını nəzərdə tutur - red.). Kataloniyalılar və mühit belədir. Biz çox şeyi düz etdik. Amma səhvlərimiz də az olmadı. Onları düzəltməliyik. Təbii, nəticə ürəkaçandır. Amma hazırlıq dönəmində bu, ikinci dərəcəlidir. İndi daha yaxşı olmaq lazımdır. Yaxşı epizodlarımız var idi. Oyunlar zamanı belə epizodların sayının artması üçün çalışmalıyıq. Axmaqcasına top itkilərinə yol verməməyə səy göstərməliyik. Onu da deyim ki, "Real" üzərində qələbənin kataloniyalıları həmişə razı saldığını anlayıram".
Qeyd edək ki, "Barselona" növbəti sınaq matçını "Milan"a qarşı keçirəcək.
Nihat