"Barselona"nın yeni futbolçusu İlkay Gündoğan zədələnib.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, almaniyalı türk "Real Madrid"ə qarşı bu gecə keçirdikləri sınaq matçında (3:0) xəsarət alıb.
O, Kataloniya təmsilçisinin növbəti iki oyunu buraxacaq.
Qeyd edək ki, "Barselona" ötən ay 32 yaşlı Gündoğanla 2+1 illik müqavilə bağlayıb.