AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin yeni rəhbərinin kimliyinə aydınlıq gəlib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə "CBC Sport"un şərhçisi, tanınmış jurnalist Elnur Məmmədli təyin edilib.
Bir neçə namizədin arasında seçim edən AFFA rəhbərliyi yekunda Məmmədlinin üzərində dayanıb.
Fanat.Az kollektivi olaraq həmkarımıza uğurlar arzulayırıq.
Xatırladaq ki, futbol qurumunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri Firuz Abdulla bu yay "Səbail" klubunun icraçı direktoru təyin olunub.
Nihat