Uruqvaylı hücumçu Luis Suares formasını geyindiyi Braziliya təmsilçisi "Qremio" ilə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı razılığa gəlib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "Qremio" ilə anlaşmasının müddəti 2024-cü ilin dekabrına qədər nəzərdə tutulan Suares bu ilin dekabrında azad agent statusu alacaq. Mənbə MLS təmsilçisi "İnter Mayami"nin idarəçilərinin onun xidmətində maraqlı olduqlarınu və qışın ilk ayını gözlədiklərini vurğulayıb.
Qeyd edək ki, Devid Bekhemin həmsahibi olduğu "İnter Mayami" bu yay Lionel Messi, Serxio Buskets və Jordi Alba kimi sabiq "Barselona"lıları sıralarına cəlb edib.
Nihat