Usman Dembelenin "Barselona"nı tərk edərək PSJ-yə keçməyə qərar verməsinin detalları bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı "L'Equipe" yayıb.
Xəbərə görə, "Barselona" Dembele ilə Qavini PSJ-yə verərək Kilian Mbappeni heyətinə qatmağa cəhd edib. Mənbə məhz bu faktın Usmanı özündən çıxardığını və "blauqrana"nı tərk etmək fikrinə düşməsini şərtləndirdiyini vurğulayıb.
Daha öncə Avropa mətbuatında Dembelenin PSJ ilə razılığa gəldiyi, Paris təmsilçisinin onun transferi üçün "Barselona"ya 50 milyon avro ödəyəcəyi barədə müxtəlif informasiyalar dərc edilib.
Qeyd edək ki, fransalı forvard ötən mövsüm "Barsa" forması ilə 35 matça çıxaraq 8 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat