"Liverpul"un PSJ ilə Kilian Mbappeni icarəyə götürmək üçün danışıq apardığı ilə bağlı "Mirror" nəşrinin yaydığı məlumatın yalan olduğu bildirilib.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Ben Ceykobs şəxsi "Twitter" hesabında yazıb.
Mənbə "qırmızılar"ın Paris klubuna bu yöndə hər hansı müraciət etmədiyini və tərəflərin danışıq aparmadıqlarını vurğulayıb.
Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir. Daha öncə ulduz hücumçunun Fransa nəhəngi ilə anlaşma yeniləmək fikrində olmadığı müəyyənləşib.
Nihat