Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu "Fiorentina"nın yarımmüdafiəçisini transfer etmək istəyir.
Fanat.Az "L’Équipe" ("Ekip") nəşrinə istinadən xəbər verir ki, söhbət 26 yaşlı Sofyan Amrabatdan gedir.
Xəbərə görə, Robert Firmino, Riyad Mahrez, Eduard Mendi, Allan Sen- Maksimen kimi ulduzları sıralarına cəlb edən "Əl-Əhli" artıq Amrabatın heyətə qatılması istimatində çalışmalara başlayıb. Mənbə adı "Mançester Yunayted"lə yanaşı çəkilən Sofyanın daha yüksək maaş qarşılığında Səudiyyə Ərəbistanına yollana biləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Amrabatın "bənövşəyilər"lə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.