UEFA-nın maliyyə fırıldaqlarına görə avrokuboklardan uzaqlaşdırdığı "Yuventus"un yerinə Konfrans Liqasında "Fiorentina" iştirak edəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "bənövşəyilər"in mətbuat xidməti yayıb.
"Yuventus" geridə qalan mövsümü A Seriyasının turnir cədvəlində 62 xalla 7-ci pillədə başa vurmuşdusa, "Fiorentina" 56 xalla 8-ci olmuşdu.
Nihat