Qadınlar arasında dünya çempionatının - DÇ-2023-ün 1/8 final mərhələsinin ilk cütləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, A qrupunda yer alan İsveçrə ilə Norveç birinci və ikinci yerləri tutublar.
Eləcə də C qrupunda Yaponiya və İspaniya adlarını 1/8 finala yazdırıblar.
İsveçrə İspaniya ilə üz-üzə gələcəksə, Yaponiya Norveçlə münasibətlərinə aydınlıq gətirəcək.
Xatırladaq ki, DÇ-2023 Yeni Zelandiya və Avstraliyada keçirilib. İyulun 20-də başlayan mundial avqustun 20-də başa çatacaq. 32 komandanın iştirak etdiyi yarışın final qarşılaşması Sidneydə baş tutacaq.
Nihat