Qazaxıstanın "Kayrat" klubunun idman direktoru Konstantin Lejnyov Rusiya "Zenit"inin 19 yaşlı müdafiəçi Sultan Askarova elçi düşdüyünü təsdiqləyib.
Fanat.Az xəbər verir ki, o, "RİA Novosti Sport"a açıqlamasında belə danışıb:
"Biz "Zenit"lə bu barədə danışmışıq və Sultanı buraxmağa hazırıq. Hazırda söhbət Askarovun baxışa yollanmasından gedir".
Sözügedən futbolçu indiyədək yalnız "Kayrat"ın farm klubu olan və Qazaxıstanın Birinci Liqasında mübarizə aparan "Kayrat-Jastar"da oynayıb. Sultan bu komandada 20 matça çıxaraq 2 qol vurub.
Qeyd edək ki, "Zenit"də 23 yaşlı qazax müdafiəçi Nuralı Əlip də çıxış edir.
Nihat