Fil Dişi Sahilindən olan Stefan Akka karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, 32 yaşlı müdafiəçinin xidmətində "Zirə" maraqlıdır.
Akka artıq "qartallar"la razılığa gəlib və tərəflərin yaxın günlərdə münasibətləri rəsmiləşdirəcəyi gözlənilir.
Stefanın son klubu İsrail "Ness Tsiona"sı olub. O, daha öncə İtaliyada "Verona", Rumıniyada "Universitatya"nın da formasını geyinib.
Rafael