Qadınlar arasında futbol üzrə dünya çempionatının (DÇ-2023) 3-cü turu çərçivəsində B qrupunda Avstraliya və Kanada milliləri üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, Melburndakı "AAMİ Park - Melburn Rektanqular" stadionunda Kanadanı 4:0 hesabı ilə darmadağın edən meydan sahibləri pley-offa yüksəliblər.
Avstraliyanın heyətində Heyli raso dubl edibsə, digər qollara Meri Fauler və Stefani Ketli imza atıblar.
Beləliklə, B qrupunda mübarizə aparan Avstraliya 6 xalla 1-ci, Nigeriya (5 xal) 2-ci, 4 xala malik Kanada isə sonuncu olub. Avstraliya və Nigeriya 1/8 finala yüksəliblər.
Xatırladaq ki, DÇ-2023 Yeni Zelandiya və Avstraliyada keçirilib. İyulun 20-də başlayan mundial avqustun 20-də başa çatacaq. 32 komandanın iştirak etdiyi yarışın final qarşılaşması Sidneydə baş tutacaq.
Nihat