FİFA prezidenti Canni İnfantino tənqidlərdən sonra qadınlar arasında dünya çempionatına qayıdıb.
Fanat.Az xəbər verir ki, ali futbol qurumunun başqanı bu gün Melburnda keçirilən Avstraliya - Kanada qarşılaşmasını (4:0) tribunadan izləyib.
İnfantino mundialın ilk 5 günündən sonra Taitiyə uçduğu üçün ictimaiyyətin və mətbuatın qınağına tuş gəlmişdi. FİFA onun DÇ-yə nə vaxt dönəcəyi ilə bağlı məlumat yaymadığına görə tənqidlər ifrat həddə çatmışdı.
Xatırladaq ki, DÇ-2023 Yeni Zelandiya və Avstraliyada keçirilib. İyulun 20-də başlayan mundial avqustun 20-də başa çatacaq. 32 komandanın iştirak etdiyi yarışın final qarşılaşması Sidneydə baş tutacaq.
Nihat