PSJ-nin yarımmüdafiəçisi Leandro Paredes karyerasını "Qalatasaray"da davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış jurnalist Nikolo Skira yayıb.
Xəbərə görə, klublar artıq 29 yaşlı argentinalının transferi ilə bağlı razılığa gəliblər. "Qalatasaray"ın Paris təmsilçisinə 6 milyon avro ödəyəcəyi və DÇ-2022-nin qalibinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulan müqaviləyə imza atacağı vurğulanıb.
Qeyd edək ki, "Qalatasaray" bir neçə gün öncə PSJ-dən daha bir argentinalı ulduzu - ötən mövsüm icarə əsasında formasını geyinmiş Mauro İkardini transfer edib.
Nihat