"Atalanta"nın kolumbiyalı hücumçusu Duvan Sapata iş yerini dəyişə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, 30 yaşlı Sapata Berqamo təmsilçisindən "Roma"ya keçmək üzrədir.
Xatırladaq ki, sözügedən futbolçu bu qış İngiltərənin "Vest Hem" klubu ilə müqavilə bağlamağa yaxın olsa da, "Atalanta" son anda onu satmaq fikrindən vaz keçmişdi.
Nihat