"Atalanta"nın hücumçusu Rasmus Höylunn tibbi müayinədən keçmək üçün İngiltərəyə gəlib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "Mançester Yunayted"lə müqavilə bağlamaq üçün İngiltərəyə təşrif buyuran 20 yaşlı danımarkalı hazırda "qırmızı şeytanlar"ın Kerrinqtondakı məşq bazasındadır.
Daha öncə MY-nin bu transfer üçün "Atalanta"ya 70 milyon avro ödəyəcəyi və gənc oyunçunun mankunianlarla 5 illik müqavilə bağlayacağı bildirilmişdi.
Höylünn 2022/2023 mövsümündə "Atalanta" forması ilə bütün turnirlərdə 34 matça çıxaraq 10 qol, 2 məhsuldar ötürmə müəllifi olub.
Nihat