PSJ-nin hücumçusu Kilian Mbappe klubu tərk etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, Paris klubu 24 yaşlı fransalı futbolçunun şəklini rəsmi saytın üz qabığından çıxarıb.
Heyət səhifəsindəki afişada Neymar, Marko Verratti, Marquinhos, Luca Hernandez və Li Kanq İn yer alıb, lakin Mbappe yoxdur.
Ulduz forvard Yaponiya turnesinə də aparılmayıb. PSJ onun transferi üçün 250 milyon avro tələb edir. "Real Madrid" onu ələ keçirməyə əsas iddiaçı hesab olunur.
Mirağa