Bu gün qadınlar arasında futbol üzrə dünya çempionatının - DÇ-2023-ün 3- cü turu çərçivəsində İsveç və Argentina yığmaları üz-üzə gəliblər.
Fanat.Az xəbər verir ki, G qrupunda yer alan rəqiblərin dueli skandinaviyalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 66-cı dəqiqədə Rebeka Blomkvist açıbsa, ikinci qolu penaltidən Elin Rubensson vurub.
Xatırladaq ki, DÇ-2023 Yeni Zelandiya və Avstraliyada keçirilir. İyulun 20-də start götürən mündial avqustun 20-nə qədər davam edəcək. Turnirin son qalibi ABŞ millisidir.
Nihat