"Valensiya"nın və ABŞ millisinin 20 yaşlı yarımmüdafiəçisi Yunus Musa kareyrasını A Seriyasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "Milan" Yunusun transferi ilə bağlı "Valensiya" ilə razılığa gəlib və sözügedən oyunçu bu gün İtaliya təmsilçisi üçün tibbi müayinədən keçəcək. Bu transferin "qırmızı-qaralar"a 25 milyon avroya başa gələcəyi bildirilib.
Qeyd edək ki, Musa 2022/2023 mövsümündə "yarasalar"ın forması ilə bütün turnirlərdə 36 matça çıxaraq 2 məhsuldar ötürmə müəllifi olub.
Nihat