İsveçrə millisinin və Frankfurt "Ayntraxt"ının yarımmüdafiəçisi Cibril Sou karyerasını İspaniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Sou artıq "Sevilya" ilə razılığa gəlib və tərəflər müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atacaq. Tibbi müayinənin gələn həftənin çərşənbə gününə təyin edildiyi, bu keçidin Əndəlüs klubuna 13-14 milyon avroya başa gələcəyi vurğulanıb.
Qeyd edək ki, 2019-cu ildən "Ayntraxt"ın formasını geyinən Cibril Frankfurt təmsilçisində 160 matça çıxaraq 8 qol və 13 məhsuldar ötürmə müəllifi olub.
Nihat