Moskva "Spartak"ı Braziliyanın "Fluminense" klubunun 26 yaşlı müdafiəçisi Ninonun transferindən vaz keçib.
Fanat.Az xəbər verir ki, məlumatı "Metaratings" yayıb.
Xəbərə görə, ruslar Ninonun sürətinin aşağı olmasının Rusiyada işə yaramayacağı qənaətinə gəldikləri üçün bu futbolçunu heyətə qatmayacaqlar.
Qeyd edək ki, sözügedən müdafiəçi 2020-ci ildən "Fluminense"də top qovur.
Nihat