"Real Madrid"lə "Yuventus" yoxlama oyununda üz-üzə gəliblər.
Fanat.Az xəbər verir ki, Orlando şəhərindəki "Kempinq Uorld" stadionunda (Florida ştatı, ABŞ) baş tutan görüş İtaliya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı matçın ilk dəqiqəsində Moyze Kin açıb. 20-ci dəqiqədə amerikalı yarımmüdafiəçi Timoti Vea "qoca sinyora"nın növbəti qolunu vurub. Vinisius Junior fasiləyədək hesab arasındakı fərqi azaltsa da, Duşan Vlahoviç (90+5) oyunda son nöqtəni qoyub.
Nihat