"Qalatasaray"ın "Bayer Leverkuzen"dən transfer olunan Kerem Demirbay üçün nə qədər xərclədiyi bəlli olub.
Fanat.Az "sarı-qırmızlar"ın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "Bayer Leverkuzen"ə 3 milyon 700 milyon avro ödəniləcək.
Üç illlik anlaşmaya imza atan 30 yaşlı yarımmüdafiəçi isə hər mövsüm üçün 1 milyon avro maaş alacaq.
Demirbay 2019-cu ildə "Hoffenhaym"dan "Bayer Leverkuzen"ə 32 milyon avroya transfer olunmuşdu. Bu, "Bayern" tarixinin ən bahalı transferi kimi tarixə düşmüşdü.
Qeyd edək ki, sözügedən oyunçu Almaniya yığmasında 2 oyun keçirib.
Nahid Məmmədov