"Milan"ın belçikalı futbolçusu Şarl De Ketelare növbəti mövsümə digər İtaliya klubunda başlamağa yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "qırmızı-qaralar" bu yöndə "Atalanta" ilə razılığa gəlib. Mənbə Berqamo təmsilçisinin Şarlı sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə icarəyə götürməyi planlaşdırdığını vurğulayıb.
Qeyd edək ki, "Milan" De Ketelareni ötən yay "Brügge"dən 35,5 milyon avro qarşılığında transfer edib. Ötən mövsüm milanlıların heyətində bütün turnirlərdə 40 matça çıxan hücumameyilli yarımmüdafiəçi cəmi 1 qol ötürməsi ilə yadda qalıb.
Nihat