“Fənərbağça” növbəti transferini rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə millisinin və “Sassuolo”nun sağ cinah müdafiəçisi Mert Müldürü transfer edib.
24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Fənərbağça” bu transfer üçün “Sassuolo”ya 2,8 milyon avro ödəyib.
Qeyd edib ki, “Fənərbağça” sol cinah vingeri Dieqo Rossi və hücumçusu Joao Pedro ilə də yolları ayırıb. Rossi 5,15 milyon avro qarşılığında MLS təmsilçisi “Kolumbus”a satılıb. Pedro isə “Qremio”ya keçib. Braziliya klubu onu satınalma şərti ilə 2024-cü ilin 30 iyununa kimi icarəyə götürüb.