"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri komandanın qarşıdakı mövsüm üçün hədəflərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sky Sport Italia" onun dediklərini belə çatdırıb:
"Ötən mövsüm avrokuboklarda iştirak hüququ qazansaq da, məlum səbədən orada olmayacağıq. Artıq öz yolumuzu müəyyənləşdirmişik. Biz avrokuboksuz qaldığımızı dərk edirik və bütün diqqətimizi A Seriyasına yönəldəcəyik. 2024/2025 mövsümündə Çempionlar Liqasında mübarizə aparmağı hədəfləmişik. Qitənin ən nüfuzlu klub turnirində oynamaq istəyirik".
Xatırladaq ki, UEFA maliyyə fırıldaqlarına görə "Yuventus"u cəzalandırıb. İtaliya çempionatında xalları silinən Turin təmsilçisi yerli çempionatda 7-ci yeri tutaraq vəsiqə qazandığı Konfrans Liqasından da kənarlaşdırılıb. "Yuve"ni KL-də ötən mövsüm A Seriyasında 8-ci olan "Fiorentina" əvəzləyəcək.
Nihat