Türkiyənin Beşiktaş klubu yeni transfer reallaşdırır.
Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, daha əvvəl gündəmdə olan Matias Varqas üçün yenidən hərəkətə keçən "ağ-qaralar" bu dəfə transferi bitirməyə çox yaxındır.
Baş məşqçi Şenol Güneşin transfer olunmasını çox istədiyi argentinalı cinah oyunçusu ilə bütün şərtlər razılaşdırılıb. Xəbərə görə, 2021/2022 mövsümündə “Adana Demirspor”da forma geyinən, son iş yeri isə Çinin "Şanxay Port" klubu olan argentinalı futbolçu ilə illik 1,3 milyon avro maaş qarşılığında razılıq əldə edilib
Nahid Məmmədov