Təcrübəli hücumçu Dieqo Kosta vətəni Braziliyanın deyil, İspaniyanın milli komandasının formasını geyinmək qərarına aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, "Relevo" onun dediklərini belə çatdırıb:
"Niyə İspaniya yığmasını seçdim? Mən braziliyalıyam və özümü braziliyalı sayıram. Amma İspaniya mənim evimdir və bu gün də buradayam. Öz doğulduğum şəhərdə özümü o qədər də rahat hiss etmirəm, oranı evim kimi görmürəm. Amma tutaq ki, məzuniyyətdən İspaniyaya dönəndə hər şey mənim üçün çox rahat olur. İnsanlar məni İspaniya seçməsinin heyətində görmək istəyirdilər və bu, məni sevindirirdi. İstənilən futbolçu belə edərdi. Düzdür, Braziliyada mənim ünvanıma sərt tənqidlər səsləndirilib. Amma zaman hər şeyi unutdurur".
Nihat