"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Kral klubu"nun türk futbolçusu Arda Gülerin zədəsinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis "Yuventus"la yoxlama oyunundan (1:3) sonra təşkil edilən mətbuat konfransında belə deyib:
"Ardanın zədəsi o qədər də ciddi deyil. Məncə, o, uzağı bir ay kənarda qalacaq".
Daha öncə ispaniya mətbuatında "Fənərbağça"dan transfer edilən 18 yaşlı vunerkindin 6 ay futbol oynamayacağı barədə məlumatlar yayılmışdı.
Nihat